| |
Sizin təhlükəsizliyinizin təminatı bizim əsas vəzifə və qayğımızdır !
|
|
|
|
|
|
|
|
«Qrup 1 Sekyuriti» MMC Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk özəl mühafizə şirkətlərindən biri kimi 2002 ci ildə dövlət qeydiyyatına götürülmüşdür. şirkətin əsas məqsədi mühafizə xidmətləri sahəsində keyfiyyətli xidmətin ilkin təchizatçısı olmaqdır.
ötən müddət ərzində «Qrup 1 Sekyuriti» şirkəti özünün müsbət imicini formalaşdırmaqla işgüzar dairələrdə inam və əminlik simvoluna çevrilmişdir. Şirkətin əsas fəaliyyəti müvafiq qanunvericiliyə uyğun olaraq obyektlərin mühafizəsinin təşkili, buraxılış nəzarət və obyektdaxili rejimlərin təşkil edilməsi, Elektron Müşahidə Sistemlərinin lahiyələşdirilməsi, quraşdırılması və texniki xidmətin göstərilməsi, hüquqa zidd hərəkətlərə qarşı fiziki və hüquqi şəxslərə mühafizə məsələri üzrə tövsiyyələrin verilməsidir. «Qrup 1 Sekyuriti» şirkəti hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq, transmilli şirkətlər, səfirliklər, diplomatik korpus, humanitar təşkilatlar ilə sıx işgüzar münasibətlər yaratmaqla mühafizə xidmətini göstərilməsinə 350 –dən artıq əməkdaşı cəlb etmişdir. «Qrup 1 Sekyuriti» şirkəti öz peşəkarlığı, prinsipal mövqeyi, qanunvericiliyə ciddi əməl etmək, insanların hüquq və azadlıqlarına dərin hörmətlə yanaşmaq prinsipləri ilə fəxr edir.
|
| «Qrup 1 Sekyuriti» şirkəti öz peşəkarlığı, prinsipal mövqeyi, qanunvericiliyə ciddi əməl etmək, insanların hüquq və azadlıqlarına dərin hörmətlə yanaşmaq prinsipləri ilə fəxr edir. |
|
Biz
inanırıq...
• Maliyyə cəhətdən əlverişli və yüksək təminatlı mühafizə xidmətinin göstərilməsi
məqsədi ilə biznes plan və lahiyələrin hazırlanmasına,
• Işə qəbul üçün namizədlərin şəxsi və xidməti keyfiyyətlərinin hərtərəfli
yoxlanılmasına, onların müasir mühafizə vasitələri ilə təciz edilməsinə,
• Bizə həvalə edilən xidmətin yüksək səviyyədə və peşəkarlıqla yerinə yetirilməsinə,
• Mühafizə xidmətinin keyfiyyətini öyrənməq məqsədi ilə Sifarişçi şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq əlaqə yaradılmasına, rəylərin öyrənilməsinə,
mövcüd nöqsanların aradan qaldırılmasına,
• Qanunculuq və professionalıq nümayiş etdirməyə,
Xidmət…
Xidmət…
Xidmət… |
|
«Qrup 1 Sekyuriti» şirkətinin Azərbaycanda qabaqcıl şirkətlərdən biri kimi yüksəlməsində əsas rollardan biri məhz şirkətdə idarəçiliyin peşəkar
kadrlar tərəfindən həyata keçirilməsidir.
|
|
|
|
Bütün sahələrdən olan çox saylı müştərilərin yüksək səviyyədə təşkil edilmiş xidmətlərdən razılıqlarını onlar tərəfindən şirkətimizə verilən rekomendasiyalarda
görmək olar..
Mühafizə xidməti çətin və məsuliyyətli xidmət növlərindədir. Mühafizəçi xidmət ərzində bəzən gərgin və təhlükəli vəziyyətlərlə üzləşməli olur.
Ekstrimal şəraitdə qərarların düzgün qəbul edilməsi, göstərilən qanunçuluq, prinsipiallıq, humanizm prinsipləri müştərilərin inam və ehtimadına səbəb olur.
|
|
Bizim müasir avadanlıqla təchiz olunmuş, yüksək səviyyədə kompyuterləşdirilmiş, 24 saat fəaliyyət göstərən, müasir kommunikasiyaya malik olan ofisimiz fəaliyyət göstərir. Ilin istənilən günü ərzində şirkətə zəng edərək və yaxud elektron poçtu ilə müraciət edərək Sizi düşündürən suallara cavab ala və bizim tövsüyyələrdən faydalana bilərsiniz.
«Qrup 1 Sekyuriti» şirkəti hazırda Respublikada fəaliyyət göstərən və DNV şirkəti tərəfindən Beynəlxalq Sertifikat ISO 9001 – 2008, həmçinin ACDI / VOCA sertifikatlarına layiq görülmüş yeganə şirkətdir.
Hazırda şirkət yalnız Respublikada deyil, eyni zamanda Cənubi Qafqazda qabaqcıl mühafizə şirkətlərindən birinə çevrilmişdir.
«Qrup 1 Sekyuriti» şirkəti yeganə mühafizə şirkəti olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Ticarət Sənaye Palatası, Britaniya Biznes Klubunun üzvüdür.
«Qrup 1 Sekyuriti» şirkətinin mühafizə xidməti göstərdiyi şirkətlər sırasında BP, Halliburton, Shlumberger, Pepsi-Cola, Garadag Cement JSC, AJG, Wembley Development, Consafe, PSL Energy Service, BUE Caspian, Azərbaycan Beynəlxalq Mədən şirkəti (AIMC) , Wartsila, Petrofac traning, Baker Hughes, ATR Caspian, Britaniya , Cənubi Koreya və Misir səfirliklərini və çoxsaylı digər şirkətləri misal göstərmək olar.
əldə edilən nailiyyətlərdə yüksək peşəkarlığı ilə seçilən əməkdaşların gərgin əməyi qeyd edilməlidir. Mühafizəçilərin sıralarında vaxtı ilə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında xidmət etmiş və yüksək dövlət mükafatı ilə təltif edilmiş çox saylı əməkdaşlar vardır. Bir sıra xarici dillərdə sərbəst danışan, idman aləmində yüksək göstəricilər əldə etmiş dünya və Avropa çempionları, Qarabağ müharibəsi veteranları bu gün böyük şərəflə «Qrup 1 Sekyuriti» şirkətində xidmət edirlər. |
|
|
|
|
|
«Qrup 1 Sekyuriti» şirkəti öz peşəkarlığı, prinsipal mövqeyi, qanunvericiliyə ciddi əməl etmək, insanların hüquq və azadlıqlarına dərin hörmətlə yanaşmaq prinsipləri ilə fəxr edir.
Ardı
GROUP-1 Security dünya
şöhrətli SuperCom Ltd.
Kompaniyasının Qafqazda yeganətəmsilçisidir.
Ardı
Treyninqlər və
mütəmadi təhsil müvəffəqiyyətin əsas
zəruri amilərindəndir, və bu bu «Qrup 1 Sekyuriti»
şirkəti üçün həyat tərzidir.
Biz inanırıqki əməkdaşlarımızın müvafiq treyniqi
nəticəsində biz xidmətin yüksək keyfiyyətini
təmin edirik.
Ardı
«Qrup 1 Sekyuriti» şirkətilə
əməkdaşlıq edərək
Siz ən yüksək texnologiyaları,
keyfiyyət və təcrübəni seçirsiniz.
Ardı
«Qrup 1 Sekyuriti» şirkətinin inkassasiya xidməti xarici və yerli müştərilər
üçün pul və qiymətli əşyaların təhlükəsiz və cəld danışmasını
təmin edir.
Ardı
|
|
|
|
|
|